Alves: Messiyə qarşı final oynamaq istəyirəm
22.05.2014 - 06:13
Alves: Messiyə qarşı final oynamaq istəyirəm

 

Braziliya yığmasının müdafiəçisi Dani Alves dünya çempionatı barədə danışıb. Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu ən prinsipial rəqiblərlə mübarizədə altıncı dünya çempionluğunu yaşamaq istəyir.

 

Alves Braziliya-Argentina finalını arzuladığını vurğulayıb: “Mən Messi ilə də danışmışam. Belə bir final oyunu təkcə bizim üçün deyil, argentinalılar üçün də gözəl olardı. Amma mən təkcə final barədə deyil, turnirdə qalib gəlmək barədə də düşünürəm”.

 

Braziliyalı müdafiəçi komandalarının hər gün getdikcə daha yaxşı oynadığını bildirib: “Komanda yoldaşlarımla oynamaq böyük qürurdur. Biz hər gün daha da dostlaşırıq və bunun bizə kömək edəcəyinə ümid edirəm. Milli komandaya inamın qaytarılması bizə kömək edə bilər. Əminəm ki, uğursuzluq olmayacaq”.