Amerikada 4 yubiley
28.05.2014 - 15:20
Amerikada 4 yubiley

Azərbaycan millisinin ABŞ-la yoxlama oyunu 4 yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, bunlardan ikisinə komandamız, ikisinə isə futbolçular imza atıb.

Mahir Şükürov 10-cu dəfə millinin kapitanı oldu. Ruslan Abışov isə yığmada 40-cı oyununu keçirdi.

Yığmamız Berti Foqtsun rəhbərliyi altında 30-cu dəfə uduzdu. Millimiz matçdakı 2-ci topla almaniyalıya 90-cı qol üzüntüsünü yaşatdı