Amrabat: Mançini mənə dedi ki...
14.02.2014 - 07:47
Amrabat: Mançini mənə dedi ki...

“Qalatasaray”ın “Malaqa”ya icarəyə göndərdiyi futbolçusu Nordin Amrabat İspaniya La Liqasındakı karyerası ilə bağlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, AS qəzetinə danışan 26 yaşındakı yarımmüdafiəçi daimi forma geymək şansı əldə etdiyi bir kluba getdiyi üçün şad olduğunu deyib.

 

Mərakeşli futbolçu İstanbul klubunun baş məşqçisi Roberto Mançininin onu yenidən komandada görmək istədiyini bildirdi: “Qalatasaray”da stabil olaraq çıxış edə bilmirdim. Burada daimi forma şansı əldə edə bilmək mənim üçün çox önəmlidir. Bir futbolçu ancaq daimi oynaya bilərsə, yaxşı vəziyyətdə ola bilər. Roberto Mançini icarəyə getməmin mənim üçün ən yaxşı seçim olacağını və mövsüm sonunda məni yenidə komandada görmək istədiyini dedi. Gələcəyim “Qalatasaray”, “Malaqa” və məndən asılıdır. Futbolda hər an hər şey ola bilir. Burada xoşbəxtəm. Amma “Qalatasaray”ın müqaviləli futbolçusuyam və daha 3 illik sözləşməm var”.

 

Qeyd edək ki, Mərakeş millisinin də üzvü olan Amrabat 2012-ci ildə digər Türkiyə Superliqası təmsilçisi “Kayserispor”dan “Qalatasaray”a transfer olunmuşdu. O, Cari ilin yanvar ayında mövsüm sonuna qədər “Malaqa”ya icarəyə göndərilib.