FİFA referiliyindən uzaqlaşdırılan Anar Salmanov hakimlərin Antalyada keçəcəkləri təlim-məşq toplanışına aparılmayacaq. Bu barədə apasport.az saytına Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.
Onun sözlərinə görə, Antalyaya gedəcək hakimlərin tam siyahısı hələ müəyyənləşməyib: “Siyahının tam tərkibi hələ bəlli deyil. Ola bilsin, kimlərsə şəxsi problemlərinə görə Türkiyəyə gedə bilməsinlər. Buna görə də, tələsmək istəmirik. Siyahı tam tərkibi ilə sabah bəlli olacaq. O ki qaldı Anar Salmanova, o, Antalyaya aparılmayacaq. Digər təcrübəli hakimlər isə toplanışda iştirak edəcəklər”.
Qeyd edək ki, hakimlərin Antalya toplanışı yanvarın 13-dən 27-nə qədər davam edəcək.