AFFA İntizam Komitəsi I dəstənin XVI turu ilə bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Şuşa” – “Turan-T” və MOİK – “Şəmkir” oyunlarındakı cəzalar daha diqqətçəkən olub.
Belə ki, ilk matçda meydan sahiblərinin əvvəl futbolçusu Məhəmməd Xəlilov idmançıya yaraşmayan hərəkətinə görə 87-ci dəqiqədə ikinci sarı vərəqə ilə meydandan qovulub. 90+1-ci dəqiqədə isə “Şuşa”nın baş məşqçisi Nadir Qasımov baş hakim Anar Salmanovu təhqir etdiyi üçün eyni aqibətlə üzləşib. Xəlilov 1, Qasımov isə 5 oyunluq cəzalandırılıb.
Bakıda keçirilən 2-ci matçda da meydan sahiblərinin baş məşqçisi cəzaya layiq görülüb. Belə ki, MOİK-in çalışdırıcısı Namiq Adilov 82-ci dəqiqədə texniki zona qaydalarını pozduğu üçün meydandan kənarlaşdırılıb. 90+2-ci dəqiqədə isə “hərbçilər”in oyunçusu Cavid Həziyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alıb. Baş məşqçi və futbolçu 1 oyunluq cəza alıb.
Qeyd edək ki, hər 2 görüş 2:2 hesabı ilə başa çatıb.