Rusiya millisinin sabiq baş məşqçisi Anatoli Bışovets hazırda “Qəbələ”ni çalışdıran Yuri Syominlə münaqişəsinin detallarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, dəfələrlə qeyri-ciddi açıqlamalar verən veteran futbolçu indi də həmyerlisinə “ilişib”.
Bir neçə il əvvəl Kiyev “Dinamo”sunun heyətində futbolçu kimi çıxış etdiyi vaxt oyun satdığını boynuna alan Bışovets deyib ki, hazırda onun düşməni yoxdur: “Mənim düşmənim yoxdur. Amma elə insanlar var ki, onlarla futbola və həyata baxışlarımız fərqlidir. Bunlar Vyaçeslav Koloskov, Yuri Syomin, Valeri Qazzayev, Boris İqnatyev və Mixail Qerşkoviçdir. Əsas heyətdə oynamaları üçün futbolçulardan pul aldığımı ilk dəfə Andronov deyib. Bilirəm ki, bunu Syominin öyütməsindən etmişdi. Çünki onlar dostdurlar. Həmin vaxt mübarizə gedirdi. Mənim yerimə keçmək istəyirdilər”.