[b]“Neftçi” rəhbərliyinin nə etmək istədiyi anlaşılmaz idi"[/b]
19.02.2014 - 19:19
 [b]“Neftçi” rəhbərliyinin nə etmək istədiyi anlaşılmaz idi"[/b]

Tanınmış ukraynalı mütəxəssis Anatoli Demyanenko “Neftçi” futbol komandasında baş məşqçi olduğu dövrdən danışıb. Lent.az-ın məlumatına görə, Demyanenko “Komsomolskaya Pravda v Ukraine”yə müsahibəsində flaqmanın əvvəlki rəhbərliyini tənqid edib.

 

O deyib: “Maliyyə cəhətdən klubda hər şey qaydasında, oyunçular yaxşı idilər. Amma klub rəhbərliyinin nə istədiyini başa düşmək olmurdu. Mən həmişə qarşıma hansısa məqsədi qoyaraq, irəli getmək istəyirəm”.

 

Qeyd edək ki, fevralın 19-da 55 yaşı tamam olan Anatoli Demyanenko “Neftçi”yə 2008-ci il yanvarın 4-dən avqustun 23-dək rəhbərlik edib. O, Azərbaycan komandası ilə 2007-2008-ci il mövsümündə bürünc medal qazanıb və 2008-2009-cu il mövsümündə İntertoto Kubokunun 3-cü mərhələsinədək irəliləməyi bacarıb. Demyanenko 2009-2010-cu il mövsümünün əvvəllərində flaqmanı tərk edərkən klubda prezident Əkbər Hacıyev, vitse-prezident isə İlqar Quluzadə olub.