“Bizim cəmiyyətdə gərgin vəziyyət yaranıb. Bu halda, futbolun inkişafına çalışmaq mümkün deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna Futbol Federasiyasının prezidenti Anatoli Konkov deyib.
Bakı “İnter”inin sabiq baş məşqçisi onu istefaya səsləyənlərə cavab verib. Vaxtından əvvəl istefa verməyəcəyini bildirən Konkov martın 6-da keçiriləcək qurultaydan sonra postundan gedəcəyini bəyan edib: “Ölkə futboluna ziyan vurmamaq üçün İcraiyyə Komitəsi fövqəladə qurultay çağırmaq qərarına gəlib. Qurultay martın 6-da keçiriləcək. Hamınıza sərbəst və səmərəli işləməyi, öz fikrinizlə çalışmağı arzu edirəm. Bu mənim demək istədiyim son sözdü. Elə bu komediya ilə də gedirəm. Əlavə şərhə ehtiyac yoxdu”.
2012-ci ildən Ukrayna Futbol Federasiyasına başçılıq edən Konkov 2004-2006-ci illər ərzində “İnter”in baş məşqçisi olub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı