Ançelotti “Liverpul” yolunda
23.09.2015 - 16:50
Ançelotti “Liverpul” yolunda

Madrid “Real”ından ayrıldıqdan sonra işsiz qalan Karlo Ançelotti yenidən İngiltərədə çalışa bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, italyan məşqçinin “Liverpul”u çalışdırmaq variantı var.

 

Belə ki, klub rəhbərliyi hazırkı baş məşqçi Brendan Rocersin işindən narazıdı. Komanda 6 matçda 8 xal toplayıb ki, bu nəticə “qırmızılar”ı razı salmır. Məhz bu səbəbdən “Liverpul” rəhbərliyi yola yeni məşqçi ilə davam etməyi planlaşdırır.

 

İngilislər Ançelotti ilə danışıqlara artıq start veriblər. Təcrübəli çalışdırıcı razılıq verəcəyi təqdirdə, onunla tez bir zamanda müqavilə imzalanacaq.