Ançelotti “Real”ı tərk edir
03.03.2015 - 12:29
Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti mövsümün sonunda iş yerini dəyişə bilər. Apasport.az saytının məlumatına görə, italiyalı çalışdırıcı yenidən İngiltərədə işləməyə çox yaxındı.
Belə ki, onunla “Mançester Siti” klubunun rəhbərliyi danışıq aparır. “Şəhərlilər” hazırkı çalışdırıcı Manuel Pelleqrini ilə yolları ayırıb, onun yerinə Ançelottini gətirməyi planlaşdırırlar.
Pelleqrini “Mançester Siti”ni bu mövsüm İngiltərə çempionu edə bilməsə, onunla əməkdaşlığa son qoyulacaq. Həmin posta əsas namizəd olan Ançelottinin də ingilislərin təklifinə razılıq verdiyi bildirilir.
0
0