“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti məşqçi fəaliyyətinin incəliklərindən danışıb. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis onların fəaliyyətində ən əsasının sakitlik olduğunu vurğulayıb: “Sakitliyi qorumaq vacibdir”.
Ançelotti sistemi də tələsik dəyişməyin doğru olmadığını vurğulayıb: “Komandanı qurmaq və oyunçuların xarakterindən çıxış edərək iş görmək lazımdır – onlar sistemə uyğunlaşmalıdırlar. Bu, öz-özünə alınmır – bunun üzərində işləmək vacibdir. Hansı oyunçuları alardım? Həmişə ən yaxşı oyunçuları almaq olmaz. Məndən olsaydı, ümumiyyətlə heç kimi almazdım. Çünki əlimdə olan mənim xoşuma gəlir”.