Ançelotti: Şansımız qalır
28.03.2014 - 04:31
Ançelotti: Şansımız qalır

 

“Real Madrid” futbol klubunun baş məşqçisi Karlo Ançelotti komandasının çempionatdakı şansları barədə danışıb. Apasport.az saytının məlumatına görə, mütəxəssis “Seviliya”ya uduzmalarına baxmayaraq çempionluq şanslarının qaldığını vurğulayıb.

 

“Məğlubiyyəti haqq etmirdik. Hesabı açdıq və yenə də qol vura bilərdik. Yəqin ki, biz bu oyuna yaxşı hazırlaşa bilməmişdik. Ona görə də, iki oxşar qol buraxdıq. İndi biz xarakterimizi göstərməli və vəziyyətə düzgün reaksiya verməliyik. Çempionluq mübarizəsi qəlizləşir, hər oyun son dərəcə vacibləşir. Amma mümkün olmayan heç nə yoxdur və bizim birinci yeri tutmaq şansımız qalır. Biz rəqiblərimizdən geri qalsaq da, onları keçə biləcəyimizə inanmalıyıq” – deyə, Ançelotti özünə ürək-dirək verməyə çalışıb.

 

Xatırladaq ki, hazırda İspaniya çempionatında turnir cədvəlinə “Atletiko Madrid” başçılıq edir. “Barselona” liderdən 1, “Real” isə 3 xal geridədir.

 

 

0