Ançelotti çalışdıracağı komandanın adını açıqladı
19.10.2015 - 16:55
Ançelotti çalışdıracağı komandanın adını açıqladı

Bu yay “Real”dan ayrıldıqdan sonra işsiz qalan Karlo Ançelotti növbəti ünvanını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 56 yaşlı mütəxəssis sabiq klubları “Milan” və ya PSJ-yə qayıdacağını bildirib.

 

Ançelotti gələn mövsümdən bu iki komandadan birini çalışdıracağını istisna etməyib: “Real”dan ayrılandan sonra əməliyyat olundum. 4 ay tam gücümlə çalışa bilmərəm. “Milan”dakı vəziyyətdən xəbərdaram. Ümumiyyətlə, indiyə qədər işlədiyim komandaların hamısı ilə münasibətim yaxşıdı. Bu üzdən də deyə bilmərəm ki, onlardan hansınasa qayıtmaram. Dəqiq qayıdacam, bu ya “Milan”, ya da PSJ olacaq”.

 

İtaliyalı mütəxəssis adının “İnter”lə birgə hallanmasına da münasibət bildirib. O, heç vaxt “İnter”də işləməyəcəyini qeyd edib: “Uzun illər “Milan”da çalışmışam. Bundan sonra “İnter”ə getmərəm. Ora getsəm, həm öz karyerama, həm də “Milan”a hörmətsizlik etmiş olaram”.