Ukrayna yığmasının əfsanəvi futbolçusu Andrey Şevçenko rəsmən məşqçiliyə başlayıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 40 yaşlı mütəxəssis Ukrayna yığmasında çalışacaq.
“Milan” və “Çelsi”nin sabiq oyunçusu bundan sonra milli komandada köməkçi məşqçi funksiyasını yerinə yetirəcək. Şeva bu keçidlə bağlı təəssüratlarını da bölüşüb. O bildirib ki, bu etimadı doğrultmaq üçün əlindən gələni edəcək: “4 illik istirahətdən sonra yenidən böyük futbola qayıdıram. Futbol federasiyasına və baş məşqçi Mixail Fomenkoya minnətdarlığımı bildirirəm ki, mənə güvənib”.
Qeyd edək ki, Andrey Şevçenko 1995-2012-ci illərdə Ukrayna yığmasının heyətində 111 oyun keçirib, 48 qola imza atıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”