Məşhur fransalı hücumçu Nikolya Anelka karyerası ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, “Tvitter”dəki şəxsi hesabından açıqlama verən 34 yaşlı futbolçu İtaliya klublarına keçəcəyi ilə bağlı iddialara münasibət bildirib.
Təcrübəli forvard hazırda klubu “Vest Bromviç”də xoşbəxt olduğunu deyib: “Son günlərdə mənimlə maraqlanan “Latsio” və digər klublara təşəkkür edirəm. Ayrılmağa qərar versəm, yazda görüşərik. Nəyə görə klubumdan və İngiltərədən ayrılmalıyam ki? Mən burada xoşbəxtəm və hər şey yolundadır. Artıq fikrimi meydana kökləyəcəm və həmişəki kimi əlimdən gələni etməyə çalışacağam”.
Qeyd edək ki, Anelka cari mövsümün əvvəlindən ingilis klubunda çıxış edir.