Antalyada 5-ci gün
10.01.2015 - 10:33
Antalyada 5-ci gün

2014-2015 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 5-ci gününü 2 məşqlə yekunlaşdırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqlərdə komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib.

 

Günə qapıya zərbələrlə yekun vurulub. Pavol Farkaş zədə səbəbindən məşq prosesində iştirak etməyib. Bərpa prosesi keçən Ekiqo Ehiosun isə fərdi qaçışla kifayətlənib.

 

Qeyd edək ki, "Qəbələ" bu gün təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək. Sözügedən matçda "qırmızı-qaralar" PSV-nin (Hollandiya) ikinci komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.