Antalyada ilk qələbə
24.01.2014 - 09:09
Antalyada ilk qələbə

Mövsümün ikinci yarısının hazırlıqlarını Antalyada davam etdirən "Qəbələ"nin əvəzedicilər komandası toplanış çərçivəsində ikinci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, ilk matçda Rusiya təmsilçisi "Lokomotiv"lə (0:2) üz-üzə gələn "qırmızı-qaralar" bu dəfə Küveytin U-21 millisi ilə münasibətlərinə aydınlıq gətirib.

 

Matç "qırmızı-qaralar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə qolunu Murad Musayev vurub. O, matçın 21-ci dəqiqəsində penaltidən fərqlənib. "Qəbələ" görüşün ilk hissəsində əvəzedici heyətlə, ikinci hissədə isə U-19 komandası ilə keçirib.

 

Qeyd edək ki, Luis Araqonun yetirmələri növbəti oyununu sabah "Antalyaspor"un U-19 komandasına qarşı keçirəcək.