Antalyada rekord
17.01.2014 - 17:17
Antalyada rekord

Azərbaycan hakimləri bu gün 4 beynəlxalq yoxlama oyunu idarə edəcək. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan ədalət təmsilçilərimiz əvvəlki günlərlə müqayisədə rekord sayda matça təyinat alıb.

Belə ki, yanvarın 13-də 1, növbəti 2 günün hərəsində 3, dünən isə 2 matçı azərbaycanlı hakimlər idarə etmişdi. Bu gün isə “Partizan” (Serbiya) – “Karlsrue” (Almaniya) görüşü Ramil Əhmədov, “Nəsəf” (Özbəkistan) – Qazaxıstan U-21 matçı Ziya Nəsirov, “Tobol” (Qazaxıstan) – “Mordoviya” (Rusiya) qarşılaşması Fariz Yusifov, “Split” (Xorvatiya) – “Tom” (Rusiya) oyunu Rəhim Həsənova tapşırılıb.