Antonio Konteyə ŞOK: Həbs oluna bilər
05.04.2016 - 20:18
Antonio Konteyə ŞOK: Həbs oluna bilər

Adı danışılmış oyunlarda hallandırılan İtaliya millisinin baş məşqçisi Antonio Konte həbs oluna bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Kremona prokurorluğu iddia qaldırıb.

 

Buna səbəb onun 2011-ci ildə “Siena”nın baş məşqçisi olarkən futbolçularının “Albinoleff” ilə matçda nəticəni əvvəlcədən müəyyənləşdirməyə cəhd etmələrini bilib, xəbər verməməsidi.

 

Prokurorluq onun haqqında 6 ay müddətində həbs cəzası istəyib. Yekun qərarın may ayında veriləcəyi gözlənilir.

 

Qeyd edək ki, 2014-cü ildən İtaliya milli komandasında işləyən 46 yaşlı Konte Avropa çempionatı başa çatdıqdan sonra “Çelsi”yə keçəcək.

0