Futzal üzrə Azərbaycan millisi Avropanın 9-cu komandasıdır. Apasport.az saytının məlumatına görə, Belçikada keçirilən qitə çempionatının nəticələrinə əsasən, Joze Alesionun yetirmələri yalnız 1/4 finala yüksələn 8 yığmadan geri qalır.
Belə ki, millimiz mübarizəni qrup mərhələsində dayandıran 4 komanda arasında ən yaxşı göstəricilərə malikdir. Bu isə millimizi qeyri-rəsmi 9-cu yerə sahib olması deməkdir.
Yığmamız Belçikadakı yarışı erkən başa vuranlar arasında qələbə sevinci yaşayan yeganə iştirakçısıdır. Digər 3 uğursuz turnirlə qələbəsiz vidalaşıb. Hətta 1/4 final yüksələn Xorvatiya da qələbə qazana bilməyib.
Qrupda qalanlar
|
9 |
Azərbaycan |
2 |
1 |
0 |
1 |
7-13 |
3 |
|
10 |
Belçika |
2 |
0 |
1 |
1 |
1-6 |
1 |
|
11 |
Çexiya |
2 |
0 |
1 |
1 |
4-11 |
1 |
|
12 |
Hollandiya |
2 |
0 |
0 |
2 |
1-12 |
0 |
Son matçında İtaliyaya 0:7 hesabı ilə uduzan Azərbaycan yığması Antverpendə antirekorda da imza atıb. Belə ki, millimiz qrup mərhələsində ən çox qol buraxan komanda adına yiyələnib. Sloveniyadan 6, İtaliyadan 7 top buraxan yığmamız ümumilikdə qapısında 13 qol görüb. Hollandiya 12, Çexiya 11 qol buraxmaqla yığmamız kimi ən bərbad müdafiə xəttinə malik “üçlük” olub. Ukrayna isə qapısında qol görməyən yeganə komandadır.