Aqil Məmmədov: Biz də yaxşı oynadıq
02.02.2014 - 17:17
Aqil Məmmədov: Biz də yaxşı oynadıq

“Qəbələ” bizim üçün çətin rəqibdir. Öz səhvlərimizdən 3 top buraxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov deyib.

 

Gənc çalışdırıcı Topaz Premyer Liqasının XIX turunun “Qəbələ” ilə görüşündəki 0:3 hesablı darmadağın zamanı stadionda səslənən şüarlardan danışıb: “Hesabı oyuna görə saymıram. Biz də yaxşı oynadıq. “Qəbələ” azarkeşləri müxtəlif şüarlarla bizə təsir edirdi. Rəqibə qarşı küçə ifadələri işlədənləri azarkeş hesab etmirəm, “Qəbələ”yə layiq deyillər”.

 

Mənbə: pfl.az