Aqil Məmmədov gənc futbolçularından şikayətləndi
28.09.2014 - 19:34
Aqil Məmmədov gənc futbolçularından şikayətləndi

"İki fərqli hissə izlədik”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədova məxsusdur.

 

Gənc çalışdırıcı bu gün Topaz Premyer Liqasının VII turunda səfərdə “Simurq”a 3:2 hesabı ilə məğlubiyyətə şərh verib.

 

Məmmədov komandasının gənc futbolçularından şikayətlənib: “Komandam ilk hissədə daha yaxşı oynadı. Üstünlük bizdə idi. Amma ikinci hissədə səhvlər etdik. Əvəzetmədən meydançaya çıxan oyunçular heç nə ilə yadda qalmadılar. Həmin futbolçularla ciddi söhbət edəcəyəm. Bizim gənclərimizin düşüncəsi fərqlidir. Onlar bu günlə yaşayırlar, gələcəyi düşünmürlər. Belə olmaz. Futbol belə oynanılmır". (pfl)