Aqil Məmmədov müdafiəçilərdən şikayətləndi
14.12.2014 - 19:20
Aqil Məmmədov müdafiəçilərdən şikayətləndi

“Çətin olacağını bilirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov deyib.

 

O, Topaz Premyer Liqasında XVI turu çərçivəsində səfərdə “Neftçi”yə 3:2 hesabı ilə uduzmalarına şərh verib: “Komandaların ustalıq səviyyəsi eyni deyil. İki müdafiəçinin səhvindən qol buraxdıq. Bütün qollarda müdafiəçilərimizin kobud səhvləri vardı. Arxa xəttdə mütləq dəyişiklik etməliyik. Dəyişiklik olmasa, belə davam edəcək”.(pfl)