“Atletiko Madrid”i tərk edəcəyi iddia edilən Arda Turanın İngiltərədə oynaya biləcəyi bildirilir. Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin yarımmüdafiəçisinin “Mançester Yunayted”ə keçəcəyi deyilir.
Qeyd edək ki, buna qədər Ardanın “Barselona”ya keçəcəyi iddia olunurdu. Onun meneceri Əhməd Bulud isə bir qədər gözləmək lazım olduğunu deyirdi: “Bu yay dünya arenasında səs-küyə səbəb olacaq müqavilə imzalaya bilərik”. İndi isə onun İngiltərəyə gedəcəyi qeyd olunur.
İddiaya görə, artıq “Mançester Yunayted” və “Atletiko Madrid” Ardanın keçidi ilə bağlı razılaşmaya gəliblər. Ən yaxın zamanda futbolçunun müqaviləni imzalayacağı gözlənilir.