Arda mövsümü zədəli başa vuracaq
03.04.2014 - 23:01
“Atletiko Madrid” futbol klubunun və Türkiyə millisinin yarımmüdafiəçisi Arda Turan yaşıl meydanlardan kənarda qalmayacaq. Apasport.az saytının məlumatına görə, o, mövsümü qasıq zədəsini müalicə etmədən oynayaraq başa vuracaq.
Turana hər oyundan öncə ağrıkəsici dərmanlar vurulacaq. Türkiyə millisi 2014-cü il Dünya Çempionatına düşə bilmədiyindən, “Atletiko”nun məşqçi heyəti belə bir qərar qəbul edib. Mövsüm başa çatandan sonra isə Arda Turan müalicəyə və bərpa prosedurlarının həyata keçirilməsinə başlayacaq.
0
0