Arda Soma üçün “Qalatasaray”a rəqib olur
15.05.2014 - 20:39
“Qalatasaray” futbol klubu Soma faciəsində ölənlərə yardım etmək üçün bütün imkanlarını səfərbər edib. Apasport.az saytının məlumatına görə, İstanbul klubu keçmiş oyunçusu Arda Turanın forma geydiyi “Atletiko Madrid”lə oyun keçirəcək.
İki komanda arasında İzmirdə oynanılacaq matçdan gələn bütün gəlir Soma qurbanlarının ailələrinə veriləcəyi bildirilir.
0
0