İspaniyanın "Atletiko" klubunun və Türkiyə yığmasının üzvü Arda Turan jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, türkiyəli futbolçu gələcək karyerasından və komandasının uğurlarından danışıb:
- Azərbaycan xalqının Respublika gününü təbrik edirəm. Cənab İlham Əliyevə xalqının yanında olduğu üçün təşəkkür edirəm. "Atletiko" olaraq Azərbaycan adını daşıdığımız üçün fəxr edirik.
Daha sonra Arda Turan jurnalistlərin suallarını cavablandırıb:
- Türkiyə mediasında "Atletiko"nu tərk edəcəyin barədə xəbərlər yayılıb. Doğrudan da "Atletiko"dan gedəcəksiz?
- 2017-ci ilə qədər müqaviləm var. Özümü ailəmdəki kimi hiss edirəm. Bu mövzuda deyə biləcəklərim bu qədər.
- Türkiyə mətbuatı öz istəyinizlə ÇL-in finalında oynamaq istəmədiyinizi bildirib. Bunlar doğrudur?
- Biz "Atletiko" komandasıyıq. Bizdə şəxslər heç vaxt vacib deyil. O zaman komanda üçün verilməli olan ən doğru qərar o idi.
- Futbolçunun öz həmkarını söyməsi doğrudur?
- Bunlar ola bilər. Bizdə belə şeylər olmur. Olsa da, yalnız paltardəyişmə otağında ola bilər.
- Əgər Super Kubokda "Real"ı yenə bilsəniz, meydana həm Türkiyə, həm də Azərbaycan bayrağı ilə çıxacaqsız?
- Biz bir millət, iki dövlətik. Sadəcə, kuboku qazandıqda deyil, hər zaman Azərbaycan bayrağını daşımaqdan qürur duyuram.
futbolinfo.az