Arda Turan üçün 41 milyon avro…
20.05.2014 - 22:31
Arda Turan üçün 41 milyon avro…

 

“Atletiko Madrid”in tərkibində İspaniya çempionu olan Arda Turanı istəyən komandaların sayı durmadan artır. Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin futbolçusuna İspaniya, İngiltərə və Fransanın böyük klubları elçi düşüblər.

 

“Qalatasaray” və “Fənərbaxça”nın da transfer siyahısında olan Ardanın qiyməti isə durmadan yüksəlir. 26 yaşlı futbolçunun imzaladığı son müqavilənin şərtinə görə, Ardanı almaq istəyən klub onun əvəzində “Atletiko Madrid”ə 41 milyon avro ödəməlidir.

 

Madrid qəzetlərinin yazdığına görə, Arda Turan mövsümün sonunda komandadan ayrıla bilər.