Arda üçün 51 milyon avro
19.03.2014 - 05:36
Arda üçün 51 milyon avro

 

“Qalatasaray”ın baş məşqçisi Roberto Mançininin Arda Turanı yenidən İstanbulda görmək istəyi baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatı onun qiymətinin 51 milyon avro olduğunu bildirib.

 

“El Mundo Deportivo” qəzeti “Qalatasaray”ın bu məbləği gözdən keçirdiyi halda “Atletiko”nun türk futbolçunu satmağa razılaşacağını yazıb. Qəzet qeyd edib ki, Arda baş məşqçi Simeonenin etibar etdiyi futbolçulardan biridir. Bu səbəbdən də, indiyə kimi Türkiyə və İngiltərədən gələn iki təklifi az pul verdikləri üçün rədd edib.

 

Bununla yanaşı, hazırda “Atletiko”nun büdcəsində 15 milyon avroluq kəsir var. Klub bu kəsiri aradan qaldırmaq üçün iki variantı nəzərdən keçirir. Birincisi, Çempionlar Liqasında növbəti mərhələlərə yüksələrək pul qazanmaq, ikincisi əsas heyətdəki futbolçulardan birini satmaq. “El Mundo Deportivo” qəzeti Ardanın La Liqadakı çıxışının bir çox klublar tərəfindən diqqətlə izləndiyini və “Atletiko” rəhbərliyinin buna təəccüb etmədiyini da vurğulayır.

 

 

0