Mayın 24-də Çempionlar Liqasının finalında “Real Madrid”ə qarşı oynayacaq “Atletiko Madrid”in zədəli futbolçuları barəsində xoş xəbər gəlib. Apasport.az saytının məlumatına görə, zədəli Arda Turan və Dieqo Kosta son məşqdə komanda ilə birgə çalışıblar.
Jurnalistlər Dieqo Simeonenin xoş əhval-ruhiyyədə olduğunu qeyd ediblər. Ardanın final oyununda oynaya biləcəyi deyilsə də, Kostanın oynamasının mümkün olmayacağı bildirilirdi. Amma Kosta müalicə olunmaq üçün Belqrada uçaraq ara həkiminə müraciət edəndən sonra finalın keçiriləcəyi Lissabona uçmamışdan öncə məşqə çıxa bilib.
Matçla bağlı son qərarı Lissabonda keçiriləcək məşqdən sonra verəcək Dieqo Simeone, Arda və Kostanın son durumunu gözdən keçirəndən sonra sahəyə çıxacaq 11 futbolçunun adını çəkəcək.