Ardıcıl 3-cü dəfə
19.05.2014 - 09:32
Ardıcıl 3-cü dəfə

Belçika çempionunun adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Anderlext” qızıl medalları son turda qazanıb.

 

Pley-off mərhələsinin 10-cu turunda “Lokeren”i 3:1 hesabı ilə məğlub edən Brüssel təmsilçisi ardıcıl 3-cü dəfə bu titulu qazanıb. Ümumilikdə isə 33-cü dəfə Belçika çempionu olan “Anderlext”in ən yaxın izləyicisi də turu qələbə ilə başa vurub. “Genk”i 1:0 hesabı ilə məğlub edən “Standard” da Çempionlar Liqasına vəsiqə əldə edib.

 

Qeyd edək ki, “Anderlext” qitənin ən nüfuzlu klub turnirinə birbaşa qrup mərhələsindən qatılacaq. “Standard” isə III təsnifat mərhələsində oynamalıdır.