Ardıcıl 4-cü dəfə
14.05.2014 - 08:52
Avropanın daha bir ölkəsində çempion müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Sloveniya çempionatının XXXIV turu “Maribor”un qızıl medalları rəsmiləşdirməsi ilə nəticələnib.
Öz meydanında “Triqlav”ı 2:1 hesabı ilə məğlub edən mariborlular finişə 2 rur qalmış 1-ci yeri təmin edib. “Domjale” ilə heç-heçə edən (1:1) “Koper” liderdən 10 xal geri qalır.
“Maribor” ardıcıl 4-cü, ümumilikdə 12-ci dəfə çempion titulunu əldə edib. Bununla da Sloveniyanın Çempionlar Liqasının II təsnifat mərhələsindəki təmsilçisi müəyyənləşib.
0
0