Avropa ölkələrindən daha birində çempionun adı bəlli olub. Apasport.az saytının məlumatına görə, İsveçrə çempionatının XXXV turu ən güclünün adına aydınlıq gətirib.
Səfərdə “Arau”nu 3:1 hesabı ilə məğlub edən bazellilər finişə bir tur qalmış qızıl medalları təmin edib. Çempionun ən yaxın izləyicisi “Qrasshoppers” “Lütsern”ə 4:1 hesabı ilə qalib gəlsə də, 4 xallıq fərq çempionun rəsmiləşməsi üçün yetərli olub.
Qeyd edək ki, ardıcıl 5-ci dəfə İsveçrənin ən güclüsü olan “Bazel” ümumilikdə 17-ci çempionluğunu qeyd edib. Bu uğur komandaya Çempionlar Liqasına vəsiqə qazandırıb. Bazel təmsilçisi bu yarışa birbaşa qrup mərhələsindən qoşulacaq.