Argentina millisinin üzvü ispan klubunda
06.02.2014 - 01:33
Argentina millisinin üzvü ispan klubunda

“Porto”nun futbolçusu Nikolas Otamendi karyerasını İspaniya La Liqasında davam etdirəcək. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.

 

Belə ki, 25 yaşlı müdafiəçi “yarasalar”la 5 illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, Argentina millisinin də üzvü olan Otamendi 2010-cu ildə ölkəsinin “Veles Sarsfild” klubundan Portuqaliya təmsilçisinə keçmişdi.