Arif Əsədov: Almeyda bizim futbolçuya kəllə atdı
07.12.2014 - 17:46
Arif Əsədov: Almeyda bizim futbolçuya kəllə atdı

"Turnir cədvəlində qonşu pillələrdə olan komandalar oynayırdı. Biz “Qarabağ”la xal fərqini azaltmaq istəyirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

 

Təcrübəlli çalışdırıcı Topaz Premyer Liqasının XV turu çərçivəsində “Qarabağ”la 060 heç-heçə qalmalarına şərh verib: “Maraqlı oyun oldu. “Qarabağ” həm çempionatda, həm də Avropa Liqasında sabit futbol sərgiləyir. Bu oyunda hər iki komandanın şansları oldu. Amma düşünürəm ki, oyunun ədalətli nəticəsi elə 0:0 idi. Hakim ciddi səhvlər etmədi. Sadəcə, ilk hissədə Almeyda bizim futbolçuya kəllə atdı. Amma ümumi götürsək, Əliyar Ağayevin ciddi səhvi olmadı".(pfl)