“Kubok oyunundan sonra bütün diqqətimizi “Qarabağ” klubu ilə görüşə yönəltmişik. Təəssüf ki, heyətlə bağlı problemlərimiz var. Vobay və Kauenin zədəli olması planlarımızı müəyyən mənada pozur. Bundan başqa, Elvin Yunuszadə və Elnur Allahverdiyev cəzalı durumdadırlar. Bütün bu çətinliklərə baxmayaraq biz həftə sonu meydana yalnız qələbə üçün çıxacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.
Təcrübəli çalışdırıcı klubun rəsmi saytına müsahibəsində Topaz Premyer Liqasının XV turunda “Qarabağ”la oyunöncəsi fikirlərini bildirib: “Biz son oyunlarda Nicat Qurbanov, Elvin Bədəlov və Emin Mehtiyevin xidmətindən yararlandıq. Müəyyən qədər oyun praktikasından əziyyət çəkirlər. Məsələn, “Qəbələ” ilə oyunda Elvin Bədəlov müəyyən qədər çətinlik çəkmişdi, amma ikinci hissədə daha yaxşı oynadı. “Qaradağ Lökbatan” klubu ilə kubok matçında Emin Mehtiyev etimadı doğrultdu. Yəni oynadıqca bu problemlər də aradan qalxacaq. Onlar əsas heyətin üzvləridi və start heyətində möhkəmlənməyə çalışırlar. Komandada sağlam rəqabət mühiti formalaşıb və belə olan halda inkişaf da olacaq”.
Əsədov heyətlə bağlı problemlərinin olduğunu vurğulayıb: “Neftçi” hər zaman yalnız çempionluq uğrunda mübarizə aparıb. Bu baxımdan qələbə qazanaraq xal fərqini azaltmaq istəyirik. Heyətlə bağlı çətinliklərimiz olsa da, meydana çıxacaq hər bir futbolçu yalnız qələbə üçün oynayacaq. Təbii ki, heyətdə cəzalı və zədəli futbolçular çox olanda stabil heyət qurmaqda çətinlik çəkirik. Bu mənada problemlər ola bilər. Amma psixoloji baxımdan hər şey qaydasındadı. Hər kəs üzərinə düşən məsuliyyəti anlayır və peşəkarlıqla əlindən gələnin ən yaxşısını etməyə çalışır.
O, Almaniyanın “Ayntraxt” klubunda baxışda olan Emil Balayevin yoxluğundan da danışıb: “Emil Balayev gənc və perspektivli qapıçıdı. Futbolda səhvlər qaçılmazdı. Bununla belə, biz Emilə şans verdik və o, ümidlərimizi doğrultdu. Onu start heyətində meydana buraxmaqla legioner limitindən də daha səmərəli yararlana bilirdik. Bununla belə, klub rəhbərliyi də gənc yerli futbolçuların inkişafına hər zaman xüsusi həssaslıqla yanaşıb. Klubun da inkişaf strategiyası budur ki, gənc futbolçular burada özlərini inkişaf etdirib güclü xarici klubların diqqət mərkəzində düşsünlər. Bu ümumilikdə Azərbaycan futbolunun inkişafı baxımından əhəmiyyətlidi. Gələcəkdə digər futbolçularımız da legioner həyatı yaşamaq istəsələr, biz öz dəstəyimizi əsirgəməyəcəyik”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı