Arif Əsədov: İkinci hissədə nəticəni qorumağa çalışdıq
24.02.2015 - 17:43
Arif Əsədov: İkinci hissədə nəticəni qorumağa çalışdıq

“Qarabağ”la oyundan sonra çox az vaxtımız var idi. Tam heyət əlimizdə deyildi”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

 

Topaz Premyer Liqasında III turdan təxirə salınmış oyunda “ağ-qaralar” AZAL-ın qonağı olub. Qarşılaşma 1:0 hesabı ilə “Neftçi”nin xeyrinə başa çatıb.

 

Oyunu şərh edən Əsədov bildirib ki, ilk hissədən fərqli, ikinci 45 dəqiqədə hesabı qorumağa çalışıblar: “Buna görə əvəzedici heyətdən oyunçular dəvət etmişdik. Çox vacib bir qələbə qazandıq. Belə oyunlarda 3 xal daha vacibdi. İkinci hissə bir qədər çətin oldu, daha çox nəticəni qorumağa çalışdıq”.

 

Mənbə: pfl.az