Arif Əsədov: Nəhayət, qələbə qazanıb, “qara zolaq”dan çıxdıq
11.02.2015 - 18:35
Arif Əsədov: Nəhayət, qələbə qazanıb, “qara zolaq”dan çıxdıq

“Üçüncü dövrəyə pis başlamışdıq. Bugünkü oyunda bizə mütləq qələbə lazım idi”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

 

Topaz Premyer Liqasının XXI turu “Neftçi” üçün uğurlu alınıb. Paytaxt komandası “Xəzər Lənkəran”ı 2:0 hesabı ilə məğlub edib, turnir cədvəlində 3-cü pilləyə yüksəlib.  
 

Əsədov bildirib ki, nəhayət “qara zolaq”dan çıxmağa nail olublar: “Birinci hissədə çox qol epizodumuz var idi, istifadə edə bilmədik. İkinci hissədə dəyişikliklər edib, öz istəyimizə çatdıq. İkinci qoldan sonra daha rahat oynadıq. Nəhayət, qələbə qazanıb, “qara zolaq”dan çıxdıq”.

Mənbə: pfl.az