Arif Əsədov: Növbəti matça ümidlə baxıram
04.03.2015 - 20:23
“Qrafik sıxdır. Ona görə də bu gün bəzi futbolçuları oyunun gedişində meydançaya buraxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.
O, Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində evdə AZAL-la qolsuz bərabərə qalmalarına şərh verib: “İlk oyunda heç-heçəyə baxmayaraq, növbəti matça ümidlə baxıram. Bəzi imkanlardan istifadə edə bilmədik. Ümumilikdə komandadan razıyam. Qarşıdakı oyuna hazırlaşmalıyıq. Kubok matçlarında hər şey cavab oyununda həll olunur”.
0
0