“Rəhman Hacıyevin transferi bizim gündəmimizdə var idi. Amma Rəhmanı klubu buraxmadı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.
Mövsümün ilk yarısını Türkiyə klubu “Qaziantep BB”də keçirən Rəhman Hacıyev oranı tərk edərək vətənə dönsə də, futbolçunun “Neftçi”yə keçidi baş tutmayıb. Buna səbəb gənc hücumçunun “Bakı” ilə müqaviləsinin qüvvədə olmasıdı. “Zolaqlılar” da bu keçid üçün müəyyən kompensasiya tələb edirlər.
Arif Əsədov isə bu keçidin artıq alınmadığını bildirib: “Açığı, Rəhmanın “Bakı” ilə müqaviləsi olduğunu bilmirdik. Rəhmanla əlaqə saxlayanda o, Türkiyə klubunda çıxış edirdi. Ordan transfer vərəqəsini alıb gəlməli idi. Ancaq gələndən sonra burda problemlər ortaya çıxdı. Bu məsələ bizim üçün demək olar ki, bağlandı. Çünki sabah Antalyaya yola düşürük. Komanda ilə kimlər olmalıdı, onlar da gedəcəklər”.
Ruslan SADIQOV