Arif Əsədov hakimi günahlandırdı
27.09.2014 - 18:45
Arif Əsədov hakimi günahlandırdı

“Bilirdik ki, “Qarabağ” bu oyuna yaxşı hazırlaşıb”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Neftçi” baş məşqçisi Arif Əsədova məxsusdur.

 

O, bu gün Topaz Premyer Liqasının VII turunda doğma meydanda “Qarabağ”a məğlub olmalarını (3:1) dəyərləndirib.

 

Əsədov qarşılaşmanı idarə edən hakimi günahlandırıb: “Biz bu görüşə fərqli taktika ilə çıxmışdıq. İlk hissədə üstünlük bizim tərəfimizdə idi. Amma oyunda verilən penalti hər şeyi dəyişdi. Qoldan sonra “Qarabağ” bizi əks hücumlarda yaxaladı. Üç qoldan ikisində hakim səhvləri aşkar görünürdü. Çatışmazlıqlarımız var. Bunları aradan qaldırmalıyıq.Fasilə yaranır. Təəssüf ki, tam heyətlə hazırlığımızı davam etdirə bilməyəcəyik. Qeyd edim ki,məncə, “Qarabağ”a belə penalti lazım deyil. Oyunun ədalətli nəticəsi heç-heçə olardı".(pfl)