Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk görüşləri çərçivəsində keçirilən “Neftçi” – “İnter” matçı meydan sahiblərinin qələbəsi ilə başa çatdı. Apasport.az saytının xəbərinə görə, rəqibini 2:0 hesabı ilə yenən “ağ-qaralar”ın çalışdırıcısı Arif Əsədov qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında komandasındakı yorğunluqdan danışıb: “Heyətdə problemlər vardı. Son vaxtlar həm də sıx qrafikdə oynayırıq. Bütün bunlara görə yorğunluq vardı. Amma istənilən halda, biz qarşılaşmaya yaxşı köklənmişdik. Matça yaxşı başladıq, qol vurduq və davamını da gətirdik. Cavab qarşılaşması öncəsi yekun qələbə üçün yaxşı zəmin formalaşdırdıq. Futbolçulara demişəm ki, arxayınlaşmaq olmaz. Qarşıdakı vacib oyunlara hazırlaşmalıyıq”.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb