Armando Kunqu: “İnter” üstünlüyə malikdi
08.07.2015 - 17:17
Armando Kunqu: “İnter” üstünlüyə malikdi

“Bakıda ilk matçdakı kimi oynayıb, rəqib qapısı önündə daha effektli olsaq, növbəti mərhələyə yüksələcəyimizə əminəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Albaniyanın “Laçi” klubunun baş məşqçisi Armando Kunqu deyib.

 

42 yaşlı mütəxəssis Avropa Liqasının I təsnifat mərhələsinin “İnter”lə cavab oyunu haqda fikirlərini açıqlayıb.

 

Kunqu sabah Bakıda keçiriləcək matçda təmsilçimizin üstün durumda olmadığını qeyd edib: “Hər oyunda meydana qələbə üçün çıxırıq. “İnter”lə qarşılaşma da istisna olmayacaq. Daim məqsədimiz eynidi - qalib gəlmək. Buna nə dərəcədə nail olacağımızı isə oyun göstərəcək. Yalnız ilk oyundakı kimi bəxtin bizdən üz döndərməməyini arzulayıram. Əlbəttə, səfərdə qol vuran Azərbaycan klubu üstünlüyə malikdi. Amma mərhələ adlamaq üçün onlar bizdən daha yaxşı oynayıb, güclü olduğunu sübut etməlidi”.

 

Qeyd edək ki, “İnter Arena”da baş tutacaq qarşılaşma saat 21:00-da başlayacaq. Komandaların iyulun 2-dəki ilk oyunda isə qalib müəyyənləşməyib – 1:1.