Arşavin “Zenit”dən gedə bilər
02.01.2015 - 22:46
Arşavin “Zenit”dən gedə bilər

“Zenit”in yarımmüdafiəçisi Andrey Arşavin qış “transfer pəncərəsi”ndə klubu tərk edə bilər. Apasport.az saytının məlumatına görə, buna 33 yaşlı futbolçunun Rusiya Premyer Liqasında Peterburq təmsilçisinin heyətində az forma şansı əldə etməsi səbəb olub.

 

Onun yerli ölkə çempionatında çıxış edən komandalara keçməsi gözlənilir. Hətta Arşavin “Zenit”də aldığı maaşdan az məvacibə də razıdır ki, klubunu dəyişsin.

 

Qeyd edək ki, Andrey Arşavin Rusiya Premyer Liqasının cari mövsümündə 8 oyunda meydana çıxıb və rəqib qapılarından yalnız 1 top keçirməyi bacarıb.