Arsen Venqer “Arsenal”la müqaviləsini uzadıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi daha 3 il klubda qalmaq qərarına gəlib. 64 yaşlı fransalı mütəxəssis 2017-ci ilə qədər ingilis klubunda qalacaq.
Venqer 1996-cı ildən “Arsenal”ın baş məşqçisidir. O, bu müddət ərzində 3 dəfə İngiltərə çempionu olub, 5 dəfə İngiltərə kubokunu qazanıb. “Arsenal” Venqerin başçılığı altında sonuncu dəfə bu ilin may ayında finalda “Hall Siti”ni 3:2 hesabı ilə məğlub edərək, kuboku əldə edib.
Hər fürsətdə “Arsenal”da xoşbəxt olduğunu və komandada qalmaq istədiyini bildirən fransız mütəxəssis məqsədinə çatıb. Qeyd edək ki, “Arsenal” bu mövsüm uzun müddət çempionatda liderlik etsə də, bəzi futbolçuların zədəli olması səbəbindən, turniri 4-cü yerdə başa vurub.