[b]Artyom Fedetski: Bakıda keçirilən oyun haqda heç narahat olmadıq[/b]
12.12.2014 - 01:52
[b]Artyom Fedetski: Bakıda keçirilən oyun haqda heç narahat olmadıq[/b]

“Ölkə çepionatda bir neçə uğursuz oyun oynadıq, amma bu gün avrokuboklarda mübarizəni davam etdiririk”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Dnepr”in futbolçusu Artyom Fedetski deyib.

 

Dneprpetrovsk təmsilçisi Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində Kiyevdə “Sent-Etyen”lə qarşılaşıb. Ukraynalı hücumçu “Dnepr”in 1:0 hesabı ilə qlib gəldiyi matçın 66-cı dəqiqəsində oyunda yeganə qolun müəllifi olub.

 

Fedetski komandasını növbəti mərhələyə keçməsindən danışıb: “Biz sonra qədər mübarizə apardıq. Meydanda əsl “Dnepr” var idi. Fransizlar hücumlarını davam etdirdilərsə, biz sona qədər dayandıq. Bizim görüşlə paralel keçirilən “Qarabağ” - “İnter” matçından isə heç narahat olmadıq. Meydana yalnız qələbə üçün çıxmışdıq. Bakıda “Qarabağ”da qalib gələ bilərdi, lakin onalar heç-heçə oynadı və növbəti mərhələyə keçən tərəf biz olduq. Yalnız pozetiv nəticə haqqında düşünürdük”.