“Həmin epizodda qayda pozuntusu və ya ofsayddan söhbət belə gedə bilməzdi”. Bu sözləri apasport.az saytına açıqlamasında beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev deyib.
Avropa Liqasının qrup mərhələsinin son turunun “Qarabağ” – “İnter” matçı ilə bağlı danışan Xudiyev görüşün çexiyalı referisini tənqid edib.
O, “Qarabağ”ın təmiz qolunu saymadığı üçün Miroslav Zelinkanı günahlandırıb: “Təkrara dəfələrlə baxmışam. Hakim bilmirəm hansı əsasla həmin epizodda ofsayd qeydə aldı? Orda oyundankənar vəziyyət yox idi. Bəlkə də Corcun qapıçının önünü bağladığını düşünərək, bu cür qərar verdi. İstənilən halda, səhv etdi. Hamı kimi, mən də çox məyus oldum. Belə səhv heç görməmişdim. Avropa səviyyəli hakim bu cür səhv etməz. “Qarabağ” həm oyunu, həm də istəyinə görə növbəti mərhələyə çıxmağa layiq idi. Çox təəssüf ki, bu olmadı”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı