Asim Xudiyev Slovakiya – Şotlandiya matçında
02.09.2014 - 16:17
Asim Xudiyev Slovakiya – Şotlandiya matçında

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya - Şotlandiya oyununda ədalət təmsilçilərinin işinə qiyməti həmyerlimiz verəcək.

 

Qarşılaşma sentyabrın 4-də Senec şəhərində keçiriləcək.

 

Mənbə: affa.az