Aslan Kərimov Hollandiyaya gedəcək
25.08.2014 - 09:26
Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Aslan Kərimov Hollandiyaya gedəcək. Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Tvente" - "Qarabağ" qarşılaşmasını izləyəcək.
Bu qarşılaşma avqustun 28-də baş tutacaq. Millinin baş məşqçisi Berti Foqts köməkçisini Hollandiyanın Enshede şəhərinə yığma üzvlərinin durumunu görmək üçün göndərməyi lazım bilib.
0
0