Kriştiano Ronaldonun böyük qardaşı Uqu Aveyrunun içki düşkünü olduğu üzə çıxıb. Apasport.az saytının məlumatına görə, Uqu qardaşına söz verib ki, “Real” Çempionlar Liqasında qalib gəlsə, içkini atacaq.
“Real” həmin oyunda “Atletiko”ya 4:1 hesabı ilə qalib gələrək, kuboku qazanıb. Ronaldo isə final fitindən dərhal sonra qardaşının oturduğu tribunaya tərəf qaçaraq, Uqunu qucaqlayıb.
Alkoqolizm Ronaldunun atasının da ölümünə səbəb olub. İdmançının atası 2005-ci ilin sentyabrında böyrəklərindəki problem səbəbindən dünyasını dəyişib. İndi Ronaldo qardaşını zərərli vərdişdən qurtarmaq üçün bütün qüvvəsini sərf edir. Futbolçu onu dəfələrlə xüsusi klinikalara göndərib. Uqunun alkoqolizmdən əlavə, narkotik maddələrə aludəçilik problemi də var.
Ronaldonun anası Mariya Dolores oğlunun həmişə ailəsinə kömək etdiyini bildirib: “O, Uqunu sağaltmaq üçün hər şeyi edib. Amma Uqu hər dəfə köhnə vərdişinə qayıdır”.